“SpaceX”in qurucusu Elon Mask Atatürkün qəbrini ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə Mask İnstaqram hesabında paylaşım edib.
Atatürkün məzarında iki paylaşım edən Mask ilk fotoda “Anıtqəbir” başlığından istifadə edib. Onun ikinci paylaşımı isə istifadəçilərin daha böyük rəğbətinə səbəb olub.
“Çiçək qoydum. 3 qırıq qabırğa, deşilmiş ağciyər və o hələ də savaşırdı. Vətənində və dünyada sülh üçün”, – Mask yazıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Elon Maskı Beştəpədə yerləşən Cümhuriyyət sarayında qəbul edib.