“Google” korporaisyası özünün “Pixel 2” smartfonuna həsr olunmuş reklam roliki hazırlayıb.
İKT.lent.az-ın xəbərinə görə, video “YouTube”dakı “Made by Google” kanalında yerləşdirilib və qısa müddətdə 400 mindən çox baxış toplayıb.
Videoda müəlliflər “iPhone”a da “ilişiblər”. Belə ki, istehsalçı öz smartfonunun üstünlüklərini təbliğ edərkən “iPhone” istifadəçilərinin üzləşdiyi əsas problemlərdən birinə – yaddaşın yetərsizliyinə toxunub. “iPhone”lardan fərqli olaraq, “Pixel” smartfonlarında orijinal foto və videolar üçün limitsiz saxlanc yeri var və bu, 2020-ci ilə qədər qalacaq.
Xatırladaq ki, “Samsung” şirkəti də “iPhone” barədə komik video hazırlayıb.