Britaniyada parlament binasındakı restoranda barmen işləyən qadın millət vəkilləri ilə bağlı diqqət çəkən iddia səsləndirib.
Milli.Az Britaniya mətbuatına istinadla xəbər verir ki, Alice Bailey adlı 25 yaşlı qadın 30-a yaxın deputatdan intim təklif aldığını dilə gətirib.
4 ilini restoranda keçirən qadın açıqlamasında bildirib ki, bəzi millət vəkilləri onunla yatmaq üçün saatlarla yalvarıb. Alicenin dediyinə görə, adını çəkmədiyi millət vəkili avtobusda onun arxasına toxunub.
30-a yaxın deputatın marağına səbəb olan qadın bildirib ki, ona əxlaqsız təkliflər edən millət vəkillərinin çoxu ailəlidir.
“Necə də acınacaqlıdır. 30-a yaxın deputat mənimlə yatmaq istəyirdi. Çoxu da ailəlidir və məndən yaşca iki dəfə böyükdür. Onlar təkliflərini qəbul edəcəyimi düşünürdülər”.
Milli.Az qadının şəkillərini təqdim edir:
http://s019.radikal.ru/i615/1711/6b/4a87118a388d.jpg
http://s019.radikal.ru/i602/1711/4e/3664e51f1ec0.jpg
http://s019.radikal.ru/i610/1711/98/73db38b74e34.jpg
http://i075.radikal.ru/1711/32/533e38fdb112.jpg
http://s010.radikal.ru/i311/1711/95/456a41e8cf1b.jpg
http://s018.radikal.ru/i528/1711/dd/7707b055e1b8.jpg
http://s019.radikal.ru/i635/1711/22/0f365dc607ab.jpg