“Barselona”nın argentinalı ulduzu Lionel Messi karyerasını bitirəcəyi klubun adını açıqlayıb.
Publika.az xəbər verir ki, Leo “Barselona”dan sonra “Nyuels Old Boyz”da oynamaq istədiyini bildirib.
30 yaşlı ulduz futbola başladığı kluba dönməyin xəyalını qurduğunu deyib: “Sabah nə olacağını bilmirik. Bəlkə də Argentinaya qayıtdım. “Nyuels”də oynamaq xəyalımdır. Bunun nə vaxt həyata keçəcəyini bilmirəm”.
Qeyd edək ki, futbola “Nyuels Old Boyz”un futbol məktəbində başlayan Messi, 2000-ci ildə “Barselona”ya gəlib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.