Isveçdə yerləşən “Koenigsegg Agera RS” idman avtomobili şirkəti “dünyanın ən sürətli avtomobil seriyası” rekordunun sahibi olub.

Publika.az xəbər verir ki, şirkətin istehsal etdiyi avtomobil ABŞ-ın Nevada çölündə sınaqdan keçirilib. “Super sport” avtomobil saatda 457 km sürət yığıb. Avtomobili fabrikin sürücüsü Niklas Lilja idarə edib. O, sınaqdan sonra verdiyi açıqlamada yeganə narahatlığının şinlərdən qaynaqlandığını bildirib. Çünki rekord sınağında istifadə edilən şinlər ən çox saatda 300 km sürətlə idarəetməyə zəmanətlidir.

Beləliklə, 2010-cu ildə Fransanın “Bugatti Veyron Super Sport” modelinin imza atdığı 431 km rekord tarixə qovuşub.