Londonda yaşayan 26 yaşlı universitet tələbəsi Casmin bakirə olması ilə bağlı həkimdən arayış alıb, Almaniya mərkəzli bir eskort saytında bəkarətini satışa çıxarıb. İndiyə qədər onun bəkarəti üçün verilən ən yüksək qiymət 90.00 pound olub. Amma Casmin hələ tələsmir. O, ən yüksək qiymət qarşılığında bəkarətini satandan sonra qazandığı pulla öz işini qurmağı planlaşdırır.
Saytın qurucusu olan 27 yaşındakı Jan Zakobielski isə Casminin bərakətini illərin şərabına bənzədərək, yaşına görə onun təklifinin əvəzsiz olduğunu söyləyib. “The Sun” qəzetinə açıqlama verən və soyadını açıqlamayan Casmin deyib ki, bu addımına ailəsi də dəstək verib. Onlar qızlarına deyiblər ki, düzgün adamı gözləməkdənsə, bəkarətini satışa çıxarmaq daha yaxşıdır. Casmin ənənəvi olaraq ilk cinsi əlaqə üçün nikahl gözləyən qadınlara hörmət etdiyini, amma doğru adamın gəlməsi üçün gözləyə bilməyəcəyini dedi.
O, məhz bu səbəbdən bəkarətini satmağa qərar verdiyini və verdiyi bu qərara görə çox xoşbəxt olduğunu dedi. Casminin bəkarətini satışa çıxardığı saytın rəhbərləri isə bildiriblər ki, gənc qız həkim arayışı ilə bakirə olduğunu sübut etsə də, ən yüksək qiyməti verəcək şəxs həkim çağıraraq Casmini müayinə etdirmə haqqına sahibdir.
Musavat.com