Noyabrın 8-də Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib.
Medianews.az qafqazinfo-ya istinadla xəbər verir ki, toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu, Aysel Məmmədovadır.
Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel “Caspian Jazz & Blues Festival” (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), “MuzEnergo Festival of Music İmprovisation” (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və “Jara-2017” festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.
http://s019.radikal.ru/i611/1711/33/d929bde7d4ff.jpg
http://s11.radikal.ru/i183/1711/5f/ab6d0f8030f0.jpg
http://s018.radikal.ru/i508/1711/40/402f47f61db2.jpg
http://i062.radikal.ru/1711/03/47b6c2867ce5.jpg
http://s02.radikal.ru/i175/1711/61/c6bac64aeab0.jpg
http://s019.radikal.ru/i604/1711/cd/ec2d3cdf5dfb.jpg
http://s019.radikal.ru/i627/1711/22/c21111019ce8.jpg