“Avroviziya -2018″in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahı müsabiqənin rəsmi saytında dərc olunub.
Saytda həmçinin müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və “Hamı göyərtəyə!” adlı rəsmi şüarı təqdim edilib.
Müsabiqə 2018-ci ilin mayında Lissabon şəhərində keçiriləcək.
Bütün iştirakçı ölkələr: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.