ABŞ prezidenti Donald Tramp faktiki olaraq ölkənin birinci xanımı Melaniya Trampı təhqir edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ağ Evin başçısının Yaponiyada səfəri zamanı baş verib.

Videoyazıdan da göründüyü kimi, avtomobildən düşən ABŞ prezidenti Melaniyaya yol vermək əvəzinə Yaponiya imperatoruna və onun arvadı ilə görüşməyə tələsir.

Qeyd edək ki, bu gün ABŞ prezidentinin Yaponiyaya səfəri ilə cənubi-şərqi Asiyaya turnesi başlanıb. Tramp sabah Cənubi Koreyaya səfər edəcək.