Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Ər-Riyadı provokasiyada günahlandıran İran XİN sözçüsü Bəhram Qasımi ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, bəyanatda İrana veriləcək adekvat cavabın gizli saxlanılacağı bildirilib. Qeyd edək ki, bir müddət əvvəl husilərin Ər-Riyada uğursuz raket zərbələrindən sonra Səudiyyə tərəfi bu olayda İranı günahlandırmışdı. İran XİN sözçüsü Bəhram Qasımi isə Ər-Riyadın bu yöndə olan açıqlamasını təxribat xarakterli olduğunu vurğulamışdı.