Dünən Bakı şəhər Suraxanı rayonu Binə qəsəbəsində 27 yaşlı Həsənov Orxan İsmayıl oğlunun özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Orxan Həsənovun həmin evdə tək yaşadığı məlum olub. Belə ki, gənc oğlanın anası bir neçə il əvvəl vəfat edib. Atası isə bundan sonra həbsxanaya düşüb. Bacıları da ailə qurduğundan Orxan tək yaşamağa davam edib.
Bakıdakı bazarlardan birində alver edən və daimi işi olmayan 27 yaşlı oğlan zamanla spirtli içkilərə meyl edib. Bir neçə gün əvvəl isə o, evin qapısını arxadan bağlayaraq özünü asıb. Qonşular mənzildən kəskin iyin gəldiyini görüb ona zəng ediblər. Orxan telefona cavab vermədiyindən qonşular Orxanın bacısı ilə əlaqə saxlayıb. Hadisə yerinə gələn qadın qapının bağlı olması səbəbindən xilasedicilərə müraciət edib və Orxanın özünü asdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
Bu gün Bakı şəhərinin Suraxanı rayonunda meyiti tapılan 27 yaşlı oğlanın intihar etdiyi məlum olub. Lent.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlu otağın qapısını arxadan bağladıqdan sonra kəndirlə özünü asıb. Bu zaman evdə onun bacısı olub və qardaşının otaqdan çıxmadığını gördükdə onu çağırıb. Qapını aça bilməyən qız həyəcan içində xilasedicilərə zəng edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qapını açanda isə dəhşətli mənzərə ortaya çıxıb.
Orxan Həsənovun hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
*****
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.