Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hələ bu gün satışa çıxarılan “Ayfon X” telefonuna sahib olması barədə xəbərləri yalan adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə Kadırov Teleqram hesabında yazıb.
“Nə yeni, nə də köhnə Ayfon arxasınca qaçmıram. Bunlar hamısı cəfəngiyyatdır. Mənbələr yalan və ya ümumiyyətlə mövcud olmayan informasiya ötürürlər”, – Kadırov deyib.