Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi məlum olub. Bununla bağlı AFFA-da xüsusi toplantı baş tutub. İclasın gündəliyindəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.
BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.