Yutubda paylaşdığı komik videoları ilə məşhurlaşan türkiyəli aktyor Cem Qorxmaz intihar edib.
Kult.az xəbər verir ki, bu barədə məlumatı stəndapçı Cem Yılmazın qardaşı Can Yılmaz yayıb. O, Tvitterdəki paylaşımında mərhum aktyorun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Cem Qorxmaz ölkəsində aktyor, “yutuber” və eyni zamanda teleaparıcı kimi tanınıb.
Aktyor “A.R.O.G”, “Gözlə məni sabah”, “Rəcəb İvədik 4”, “Digər yarım”, “Bizim ev” kimi filmlərdə rol alıb.