Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupunda mübarizə aparan Ağdamın “Qarabağ” klubu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də Madriddəki “Metropolitano” stadionunda “Atletiko” ilə oyuna çıxıb.
“Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxıblar.
“Atletiko”nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.
Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olub.
Bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qrupun digər oyununda “Roma” İtaliyada “Çelsi”ni qəbul edəcək.
Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində səfərdə “Çelsi”yə 0:6, Bakıda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, “Çelsi” klubu 7 xalla “C” qrupunun lideridir. “Roma” 5 xalla ikinci, “Atletiko” 2 xalla üçüncü, “Qarabağ” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
****
Oyunda ilk qolu Ağdam təmsilçiləri vurub. “Qarabağ” 1-0 hesabla irəli çıxıb.
Oyunun 55-ci dəqiqəsində “Atletiko”nun futbolçusu hesabı bərabərləşdirən qolu vurub. 1-1
****
Matçın 58-ci dəqiqəsində “Qarabağ”ın 10 nömrəli futbolçusu Pedro qırmızı vərəqə alaraq meydanı tərk etdi.
****
Saviç “Atletiko”nu matçın 88-ci dəqiqəsində qırmızı almaqla komandasını azlıqda qoydu.
****
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olub.
Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmağı bacarıb.
***
Bu, nəticə “Qarabağ” və ölkə futbolu üçün önəmli nəticə sayılır. “Qarabağ”ın səfərdə vurduğu qol onun üçün bu heç-heçəni qələbəyə bərabər edir.
Musavat.com