Dünyaca ünlü “Röyter” agentliyi xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində dəhşətli terror hadisəsi baş verib.

Musavat.com Türkiyə tv-lərinə istinadən bildirir ki, hadisə Bakı vaxtı ilə saat 24 radələrində baş verib. Belə ki, böyük bir yük maşını ünlü Manhettendə velosiped yoluna girib və orada velosipet sürən insanları, piyadaları əzərək, keçib. Nəticədə 7 nəfər ölüb, 15 nəfər yaralanıb (rəsmi). Hadisə terror olayı kimi qəbul olunub.

Musavat.com xəbər veriri ki, hadisə şahidləri ABŞ mediasına açıqlama veriblər. Onlar deyiblər ki, yük maşınından enən terrorist uzun lüləli silahla, dini şüarlar bağıraraq, ətrafa atəş açıb. Hadisə ilə başlı ABŞ prezidentinin qızı İvanka Tramp tvitterdə mesaj yayınlayaraq, deyib ki, prezident hadisə ilə yaxından maraqlanır.

Hadisənin baş verdiyi ərazi 11 sentyabr 2001-ci ildə terrora məruz qalan Dünya Ticarət Mərkəzinin çox yaxınlığındadır. Ekspertlər bunun təsadüfi olmadığını iddia edirlər. ABŞ mediası xəbər yayıb ki, terrorist sağ olaraq ələ keçirilib. Faciə ilə bağlı Nyu York merinin mətbuat konfransı keçiriləcək.

***

Hadisə ilə bağlı ərazidə təhlükəsizlik tədbirləri artırılıb. Polis insanları hadisə baş verən yerdən uzaqlaşmağa səsləyib.

Bildirək ki, maşın vasitəsi ilə mülkü əhalini əzib keçmək bir başa İŞİD terror təşkilatının dəsti-xəttidir və bu cür terror əyləmləri Avropanın böyük şəhərlərində dəfələrlə həyata keçirilib. Bu baxımdan, terror saldırısının İŞİD tərəfindən həyata keçirildiyi qənaətinə gəlinir.

 

***

Nyu York Bələdiyyə başqanı Bill de Blasio açıqlama yaparaq, deyib ki, baş verənlər terror hadisəsidir. Terroru bir nəfər həyata keçirdib, o, 29 yaşında kişidir. 8 nəfər ölüb, çoxlu yaralı var, onlardan ağır vəziyyətdə olanlar da var.

O, deyib ki, hadisə ciddi araşdırılır. Açıqlamada deyilib ki, daha ciddi bir terror hadisəsinin qarşısı alınıb. (Musavat.com bu məqamda xatırladır ki, terror baş verən ərazidə Halloween  günü (Cadılar Bayramı) ilə bağlı böyük törən planlanıbmış ). Bələdiyyə başqanı deyib ki, bu hadisələrin ardından təhlükəsizlik tədbirləri artırılacaq, gözümüz daha da açılacaq. Mer deyib ki, Nyu York demokratiyanın uluslararası simvoludur, biz bu məsuliyyəti və simvolu qorumalıyıq. Jurnalistlərin çoxsaylı suallarına Nyu York rəsmiləri ötüşdürücü cavablar veriblər.

O cümlədən də terroristin hansı ölkədən olması sualına cavab təxirə salınıb.

 

***

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

Bildirilir ki, terrorçunun hadisə yerindən qaçış anı telefonla çəkilib. Bu görüntüdən qısa müddət sonra terrorçu ayağından vurularaq tutulub.

 

 

Musavat.com

 

 

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEONyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

 

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

Nyu-Yorkda dəhşətli terror - 8 ölü, 15 yaralı - FOTOLAR, VİDEO

Загрузка...