Загрузка...

Oxu.Az alt geyimləri markalarından birinin yay kolleksiyası üçün yarıçılpaq fotosessiyaya çəkilməklə sosial mediada rezonans doğuran fotomodel Nərgiz İsayeva ilə müsahibəni təqdim edir:

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Alt geyimləri markasının reklamı üçün yarıçılpaq fotosessiyaya çəkilmisiniz. Qalmaqala səbəb olan həmin çəkiliş barədə fikirlərinizi bölüşməyinizi istərdik…

– Alt geyimləri reklamında çəkilmək üçün model axtarırdılar. Nəticədə mən seçildim və həmin fotosessiyaya çəkildim. İnsanlara elə gəlir ki, bu cür açıq-saçıq fotosessiyalara çəkilmək çox asandır. Əslində, belə deyil. Yarıçılpaq vəziyyətdə müxtəlif pozalar vermək, əlbəttə, çətindir. Lakin mən bu çətinliyin öhdəsindən gəlməyi bacardım. Çəkiliş təsəvvür etdiyimdən də yaxşı alındı. Maraqlı fotoşəkillər ərsəyə gəldi.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Nəyə görə bu cür fotosessiya ilə gündəmə gəlmək istədiniz? Belə məşhurlaşmaq daha asan idi?

– Əvvəlcədən beynimdə “Məşhur olmaq üçün soyunmalıyam” kimi fikirlər yox idi. Təsadüfən belə alındı. Həmin ərəfədə mən karyerama yeni başlayırdım və təsadüfdən bu cür təklif aldım. Tərəddüd etmədən qəbul etdim. Çünki model səhnə, podium, reklam çəkilişlərində müxtəlif geyim və obrazlarda öz gözəl bədən quruluşunu çəkinmədən, utanmadan nümayiş etdirməyi bacarmalıdır.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

Sosial şəbəkələrdə də bu qədər  rezonans doğuracağını gözləmirdim. Bu şəkillər saytda yayımlandıqdan bir neçə saat sonra mənimlə müsahibə etmək üçün zəng edənlər də çox oldu.

– Sizcə, həmin fotosessiyanı gözəl incəsənət nümunəsi kimi dəyərləndirmək olar?

– Hər bir halda istənilən çəkiliş incəsənətdir. Bu sözü həmin fotosessiya barəsində də demək olar. Bu fotoları izləyəndə kimsə zövq ala bilirsə, deməli, bu da gözəl incəsənət nümunəsidir.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– İctimaiyyət arasında həmin fotoşəkillərə görə sizə yaxınlaşıb irad bildirənlər, təhqir edənlər olur?

– Bəli, olur. Həmin fotosessiyadan bir gün sonra mənə yaxınlaşaraq təhqir etmişdilər. Bunu, əsasən, qadınlar edir.  “Baxanda, görünür, sən necə insansan”, “Sən russan, ona görə belə edirsən” və bu kimi ifadələr səsləndirirlər. Milliyyətimə gəlincə, anam yarı azərbaycanlı-yarı rus, atam isə azərbaycanlıdır. Məncə, açıq-saçıq, qalmaqallı fotoşəkillərlə gündəmə gəlməyin milliyətlə heç bir əlaqəsi yoxdur. Bunu yalnız dar düşüncəli insanlar söyləyə bilərlər. Sosial şəbəkələrdə də mənim barəmdə təhqiredici ifadələr səsləndirirlər.  Lakin mən bunları normal qarşılayır, əhəmiyyət vermirəm, qoy danışsınlar və yazsınlar.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Məşhur modellər müsahibələrində yeniyetməlik çağlarında lağ obyekti olduqlarını dəfələrlə etiraf ediblər. Sizi model olmağa ətrafdakıların hansısa ifadəsi təhrik edibmi?

– Xeyr. Mən uşaqlıqdan həmişə model olmağı arzu etmişəm. Lakin boyumun uzunluğu modellik standartlarına cavab vermədiyindən fotomodel olmağı seçdim.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Plastik-estetik cərrahi əməliyyatlar keçirmisiniz?

– Xeyr. Bundan çox qorxuram və istəmirəm.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Müəyyən yaşdan sonra buna ehtiyac duyanda nə edəcəksiniz?

– Ehtiyac olarsa, bu barədə fikirləşərəm.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Bəs xarici görünüşünüzdə nəyi bəyənmirsiniz?

– Sinəmin quruluşu xoşuma gəlmir.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Model olmağın müsbət və mənfi tərəfləri nədir?

– İctimaiyyət arasında tanınmaq gözəl hissdir. Tanımadığın insanlar sənə yaxınlaşır, fotoşəkil çəkdirmək istəyir, səni sevdiklərini, izlədiklərini bildirirlər. Amma bunlarla yanaşı, model olmağın  mənfi cəhətləri də var. Hətta deyərdim ki, mənfi cəhətlər müsbətdən daha çoxdur. Məsələn, ilk növbədə insanlar tərəfindən birmənalı qarşılanmırsan. Səni həmişə çəkildiyin fotosessiyalara görə sərt tənqid edirlər.  Digər tərəfdən, həmişə formada olmalı, pəhriz saxlamalısan. Hansı ki, mən bunları etmirəm.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Vaxtilə idmanla məşğul olmusunuz?

– Bəli, mən keçmiş idmançıyam. Taekvondo, kikboks və sərbəst güləşlə məşğul olmuşam. 14-15 yaşlarımda Bakı şəhəri üzrə keçirilən taekvondo idman növündə birinci yeri qazanmışam. Həmçinin bu idman növü üzrə Kiprdə ikinci yerə layiq görülmüşəm. Həmin vaxtdan sonra isə idmanı tərk etmişəm.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Modellik karyeranızla bağlı hansı planlarınız var?

– Dekabrda yeni layihə təqdim edəcəyəm. Bu haqda sosial mediada əvvəlkindən də çox danışılacaq. Nə olduğunu hələlik sirr saxlayıram.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Əldə etdiyimiz məlumata görə, nişanlanmağa hazırlaşırsınız. Sevdiyinz şəxs bu sahənin insanıdır? O, sizin bu cür çəkilişlərinizi dəstəkləyir?

– Xeyr, tamam fərqli sahə ilə məşğuldur. O, mənim açıq-saçıq fotosessiyalarımı qəbul edir. Düşünür ki, bu, normaldır. O, çox müasir insandır.

Yarıçılpaq fotosessiyaya çəkilən model:

– Onun ailəsi də sizi belə qəbul edir?

– Bəli. Onlar fotoşəkillərimi görüb və çox bəyəniblər. Buna görə çox təəccüblənmişdim.

– Siz hələ bu sahədə 2-3 ildir çalışırsınız. Azərbaycanın tanınmış modellərindən sizə dəstək olanı var?

– Xeyr. Orta məktəb illərindən rəfiqəm yoxdur. Çünki həmişə məni qısqanır, həsəd aparırdılar, hətta oğlan dostlarım da mənə qarşı belə idi. Onların bu hərəkətini başa düşmürdüm. Ailəm – atam, anam, qardaşlarım mənə dəstək olurlar.