Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14°, gündüz 18-23°, Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, oktyabrın 28-i gündüzdən ayın sonunadək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 28-i axşamdan 29-u səhərədək ayrı-ayrı yerlərdə arabir yağış yağacağı gözlənilir.

Загрузка...