Загрузка...

Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, qəsəbənin mərkəzi yolu olan Heydər Əliyev prospektində “Mercedes” markalı, 10 VJ 715 dövlət qeydiyyat nişanlı avtomobil ahıl qadını vurub. Ağır xəsarət alan 82 yaşlı qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Qobustan rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.