Загрузка...

Argentinada bir qadın 12 yaşlı oğlunu şimşək vurmasını videoya çəkib. Bu barədə lenta.ru saytı xəbər verib.

 

Uşağın anası Karolina Kotur şimşəkdən qorxan balaca qızını sakitləşdirmək üçün evdə olub. Bu zaman evdə çalışan xadimə ona deyib ki, oğlu su borusunun yanında oynayıb. Bunu eşidən ana kamerasını açıb və uşağı çəkməyə başlayıb. Amma çəkiliş zamanı oğlanı ildırım vurub, anası isə qorxusundan telefonu yerə atıb. Xoşbəxtlikdən uşağa heç nə olmayıb.

 

Kotur jurnalistlərə açıqlamasında deyib ki, oğlunu ildırım vuranda ciddi stress keçirib: “Bundan sonra belə hadisələr zamanı hər iki uşağımı gözümün qabağından ayırmayacam”.

 

Musavat.com