“Maşın” şounun çəkiliş heyəti Gəncədə müğənni Talıb Taleyin evində qonaq olub.
Musavat.com xəbər verir ki, ifaçının valideynləri oğlanlarının yarışmadakı iştirakından danışıb. Müğənninin atası bəzən oğluna baxanda çox kövrəldiyini bildirib.
Ögey anası Validə Bağırova isə avtomobilin önəmli olmadığını deyib. O qeyd edib ki, əsas Talıbın mərd-mərdanə oyun nümayiş etdirməsidir: “Talıb heç kimə arxadan zərbə vurmadı. Bunu tamaşaçılar da, fanatlar da gördü. Hər şey göz qabağındadır”.
Proqramda isə Tale atasına həyəcan keçirməməyi tapşırıb. Eyni zamanda anasının vəfat etdiyini vurğulayıb.