ABŞ-ın Harvard Universiteti Şimali Koreyanın ölümcül xəstəliklər üzərində çalışdığını iddia edib.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, universitetin yayımladığı hesabatda bildirilir ki, Şimali Koreya 13 növ bioloji silaha sahibdir və hazırda üzərində çalışdığı ölümcül vəba və suçiçəyi xəstəliyi layihəsi nəticəsində kiçik miqdarda kimyəvi maddə ilə on minlərlə insanı öldürmək mümkün olacaq.
Məlumatda qeyd edilir ki, ölkə bu maddələrdən müharibə zamanı istifadəni planlaşdırır.