Bu gün “Hind gecəsi” adlı konsert proqramı ilə bağlı mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, konfransda “Full House Entertainment”in idarəetmə direktoru DIA Soun Xe, Azərbaycanın Hindistandakı Assosiasiyanın prezidenti Sobi T. Abraham, xalq artisti Faiq Ağayev, əməkdar incəsənt xadimi Fəxriyyə Xələfova, konsertin aparıcıları Samir Bayramlı və Nərminə Ağasi iştirak edib.
Heydər Əliyev adına İdman Arenasında baş tutacaq “Hind gecəsi” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.
Mətbuat konfransıda konsertin təşkilatçısı Dia Soun Xenin “Hind gecəsi” haqda məlumat verib.
Daha sonra xalq artisti Faiq Ağayev konsertdə həmkarlarının da çıxış edəcəyini bildirib: “Necə ki, biz müstəqilliyimizin 25-ci il dönümünü təmtərahla qeyd etdik, eləcə də Hindistan üçün böyük bayramdır. Hindistan müstəqilliyinin 70 ilini qeyd edir. Eyni zamanda, Azərbaycanla diplomatik əlaqələrin 25 ili tamam olur. Bu səbəblə də “Bollywood Night” hind gecəsi tədbirinin keçirilməsi nəzərdə tutuldu. Həmin gün sadəcə konsert yox, sərgi və əməkdar incəsət xadimi Fəxriyyə Xələfovanın milli və hind geyimlərindən ibarət dəfiləsi də baş tutacaq. Daha sonra həmkarlarım Ceyhun Bakinski, Könül Kərimova, Kamran Həsənli, Azərbaycanı “Türkvizion”da təmsil edən Fərid Həsənov və balaca ifaçımız Nuray Rəhmanın da çıxışı olacaq. Bu, olduqca ciddi tədbirdir. Dəfələrlə görüşüb gecənin incəlikləri barədə söhbət etmişik. Çünki bu, çox böyük layihədir. Burada ən azı 60 nəfərlik komanda var.
Bilirsiniz ki, həmin gün mən “Hindistanın Madonnası” və pop-musiqisinin kraliçası adlandırılan Alişa Çinayi ilə eyni səhnəni bölüşəcəyəm. A.Çinayın hind kinosuna böyük töhfəsı var. O, bir çox məşhur filmlərin mahnılarını səsləndirib”.
Qeyd edək ki, tədbir 11 noyabr, saat 17:00-da rəngarəng “Food & Shopping Festival” ilə başlayacaq. Konsert proqramı isə 19:00-da start götürəcək.