Ağstafada intihar hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Poylu kəndində 1987-ci il təvəllüdlü Nəbiyev Elçin Ədalət oğlu yaşadığı evdə özünü asaraq öldürüb. Bildirilir ki, E. Nəbiyev bir müddət əvvəl həyat yoldaşından boşanıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.