Yazar Şəbnəm Karslı “Sabah” qəzetində olub

Hazırda Türkiyədə yaşayan yazar Şəbnəm Karslı Türkiyənin “Sabah” qəzetində olub. Musavat.com xəbər verir ki, bu barədə Şəbnəm xanım sosial şəbəkədə məlumat verib.

O, daha sonra aşağıdakıları yazıb: “Sabah” qəzeti saytı yayım rəhbəri İsa Tatlıcanın dəvəti ilə “Sabah”ın binasında görüşdük. Isa bəy həm qəzetlərinin, həm də yazarları Mevlut Tezelin qərəzi olmadığını, sadəcə “uğursuz yazı” yazılıb yayımlandığını bildirdi. Təkrarən Azərbaycan xalqından üzr istədi. Yazar Mevlut Tezel də  Azərbaycanın Ermənistanla haqlı davasında hər zaman Azərbaycanın yanında yer aldığını və Azərbaycan xalqını çox sevdiyini bildirdi. Həm Azərbaycan xalqından, həm də Qarabağ futbol klubunun tərəfdarlarından üzr istədi. O, xoreoqrafiyaya dəstək verərək etdiyi səhvi düzəltməyi və Azərbaycan xalqının sevgisini qazanmaq istədiyini xüsusi qeyd etdi. Mən də mətbuatımız və sosial medya səhifəm vasitəsilə bu işdə kömək edəcəyimə söz verdim və sözümü tutdum”.

Ş.Karslı eyni zamanda bildirib ki, M.Tezel screen olaraq dolaşan və özünün yazmadığı twittlərdən də narahatlığını ifadə edib: “O, eyni zamanda türk milliyyətinə mənsubluğunu və dünyanın hər yerində türk xalqlarının yanında olduğunu bildirdi”.