Rusiyada naməlum şəxs radio aparıcısına hücum edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün naməlum şəxs “Exo Moskvı” radiosunun redaksiyasına gələrək aparıcı Tatyana Felqenhaueri boğaz nahiyyəsindən bıçaqlayıb.
Hadisəni törədən şəxs saxlanılıb və polisə təhvil verilib. Xəsarət alan T. Felqenhauer isə xəstəxanaya yerləşdirilib. “Exo Moskvı” radiosundan T. Felqenhauerin həyatına təhlükə olmadığını bildiriblər.