Ermənistan ordusunda başıpozuluğun hökm sürməsi səbəbindən əsgərlərin qətlə yetirilməsi halları artıq adiləşib. Oktyabrın 20-də işğal altındakı Azərbaycan ərazisindəki mövqelərdə silahdan ehtiyatsızlıq davranma nəticəsində ölümcül güllə yarası aldığı iddia olunan 19 yaşlı Aram Xaçatryanın əslində qətlə yetirildiyi məlum olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, artıq ölüm faktı ilə bağlı saxlanılan var. Ermənistanın İstintaq komitəsindən bildirildiyinə görə, A.Xaçatryan 20 oktyabrda saat 12.40-da döyüş mövqeyində sağ çiynindən ağır güllə yarası alıb və hospitala aparılarkən yolda ölüb. Araşdırmalar nətincəsində onun qarşı tərəfdən atılan atəş nəticəsində deyil, hərbçi yoldaşı tərəfindən güllələndiyi məlum olub. Xaçatryanı qətlə yetirən şəxsin kimliyi məlumdur. Onun hərbi çağırışçı oolan kiçik çavuş olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 20-da daha bir erməni əsgər – 1997-ci il təvəllüdlü Qraç Avetisyan da öldürülüb. Məhz həmin gün İrəvanda tələbələr ordudan möhlət hüququnun ləğv edilməsini nəzərdə tutan qanunun qəbul olunmasına etiraz olaraq ayağa qalxıblar. Görünən budur ki, erməni gənclər yad ölkənin torpağında ölmək istəmirlər.

Səngərdə əsgər yoldaşını öldürən erməni çavuş həbs edildi - FOTO