“Ata, qorxuram… Həbsxanaya düşmək istəmirəm!”

Ukraynalı Yelena Zaytseva məhkəmə zalında ağlayırdı.

Milli.Az Seqodnya-ya istinadən bildirir ki, Y.Zayseva Xarkov şəhərində avtomobili ilə 5 nəfəri vuraraq qətlə yetirməkdə suçlanır.

Məhkəmədə o, əməlinə peşman olduğunu deyib.

Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTO

“Belə qəzanın baş verdiyinə, insanların vurulduğuna heyfislənirəm. Məni indi narahat edən yeganə məsələdir. Ümid edirəm ki, zərərçəkənlərin ailələri valideynlərimin yardımlarını qəbul edəcəklər”, – Y.Zaytseva söyləyib.

Daha sonra o, şikayətlənib: “Qəzadan sonra özümü pis hiss edirdim. Tibbi yardım istədim. Tam müayinə tələb etdim. Kimsə qulaq asmadı”.

Oktyabrın 18-də gecə saatlarında Ukraynanın Xarkov şəhərində Sumskaya və Meçnikov küçələrinin kəsişməsində Lexus RX 350 ilə Volkswagen Touareg toqquşublar. Aldığı zərbədən Lexus səkiyə çıxıb və 11 nəfəri əzib. Həmin an səkidə olan insanlardan 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Lexus RX 350-in sükanı arxasında N.Karazin adına Xarkov Milli Universitetinin sosiologiya fakultəsinin tələbəsi, 20 yaşlı Yelena Zaytseva vardı.

Y.Zaytseva xarkovlu milyonçu iş adamı, “Qruppa-Tayfun” şirkətlər qrupunun prezidenti Vasili Zaytsevin ögey qızıdır. V.Zaytsev habelə “Ukrenerqoçermet” şirkətinin sahibidir.

Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTO

Qəzanın törədildiyi Lexus RX 350 də V.Zaytsevə məxsusdur.

Yelena Zaytsevanın qardaşı Dmitri Zaytsev Çerkassk vilayətinin baş prokurorunun müavinidir və hazırda haqqında cinayət işi açılıb, axtarışdadır.

Atasının puluna və qardaşının “nüfuz”una güvənən A.Zaytseva indiyədək dəfələrlə yol-hərəkəti qaydalarını pozub.

Y.Zaytsevanın vəkili, məşhur hüquqşünas Yuliya Kozır müvəkkili üçün ev dustaqlığı istəsə də, hakim bu vəsatəti rədd edib. Səbəb kimi Zaytsevanın növbəti məhkəmə prosesinədək zaminə buraxılacağı təqdirdə onun ailəsinin pullarından istifadə edərək Y.Zaytsevanın Ukraynadan qaçışına şərait yaradacağı ilə bağlı ehtimallardır.

Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTO

Milyonçunun qızı müvəqqəti istintaq təcridxanasına göndərilib.

Məhkəmədə o da bildirilib ki, Y.Zaytsevanın sidiyinin analizi onun qəza zamanı narkotik maddələr qəbul etmiş vəziyyətdə olduğunu göstərib.

Qan analizi isə orqanizmdə narkotik maddə qalıqlarını aşkarlamayıb.

Bundan başqa, Y.Zaytsevanın atasının qəzada həlak olmuş şəxslərin ailə üzvlərini pulla ələ almağa, susdurmağa çalışdığı da bəlli olub.