ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldiyi gündən etibarən “Tvitter” üzərindən media nümayəndələrinə və siyasətini bəyənmədiyi ölkə liderlərinə söz atmaqla gündəmə gəlib. Bu dəfə isə “Twitter”-dən yox canlı-canlı ən yaxın adamına sataşıb.
Publika.az xəbər verir ki, jurnalistləri gözümçıxdıya salan Tramp bu dəfə qatıldığı cinsi azlıqlar haqqında toplantıda çıxış edərkən ABŞ-ın vitse-prezidenti Mayk Pensə söz atıb:
“Cinsi azlıqlar haqqında Maykl Pensdən heç nə soruşmayın. Əlində olsa, onların hamısını asar”
Maykl Pens ABŞ-da kifayət qədər söz sahibi olan ciddi ictimai fiqurdur. Onun Tramp üzərində söz haqqı olduğunu düşünənlər də az deyil.
Trampın bu zarafatı hamını çaşdırıb. Maykl Pens isə bu məsələyə reaksiya verməyib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.