Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb.

ARB TV xəbər verir ki, hadisə “Şamaxinka” kimi tanınan ərazidə yerləşən avtomobil təmiri sexlərindən birində baş verib.

Kamera görüntülərindən məlum olur ki, sexə gələn 2 nəfər yolu öyrənmək bəhanəsiylə ustanı sexdən uzaqlaşdırıb. Digər şəxs sexə daxil olaraq telefonu oğurlayıb.

Zərərçəkmişlər bununla bağlı polisə məlumat verib.

Oğurluğu törədən şəxslərin kimliyi müəyyənləşdirilir.