Prezident İlham Əliyev deyib ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur: “Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə

“Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bunları deyib: “Həqiqətən, ağır oyun […]

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşıb. C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb. Görüşdə hesab açılmayıb. Hər iki tərəf qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyiblər. Dino Ndlovu matçın 75-ci […]

Bakıda dəhşətli yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında “Mercedes” markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub. Hadisə baş verən ərazidən 20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq, yolu keçən xanım ağır yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş. Onun vəziyyətinin ağır […]

Azərbaycanlı muğam ifaçısı, müğənni, Azərbaycanın xalq artisti Könül Xasıyeva Xəzər TV-də yayımlanan 5/5 verilişinin qonağı olub. BAKU.WS xəbər verir ki, muğam ifaçısı ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayarq aparıcı Zaur Kamalın xahişi ilə efirə çıxıb. Könül Xasıyeva efirə çıxdıqdan sonra gözyaşlarını saxlaya bilməyib. Tamaşaçılar onu ayaqüstə alqışlayıb. Canlı efirdə baş verən təsirli görüntülər tamaşaçıları da kövrəldib. […]

Bərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib. “Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib. Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu […]

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxt sakinlərinə müraciət edib. BAKU.WS xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, tamaşaçılar stadiona sərbəst şəkildə […]

Abşeron rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, Saray qəsəbəsində 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı Seyran tərəfindən tüfənglə güllələnərək qətlə yetirilib. Seyran Süleymanov odlu silahla bacısının baş nahiyəsinə atəş açıb. Qadın hadisə yerində ölüb. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, bacısını öldürən şəxs tutulub.

Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb. APA-nın TVS-yə istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. KİV-in yazdığına görə, milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola […]

Bloger Fariz Məlikovun çəkdiyi sosial çarx sosial şəbəkələrdə marağa səbəb olub. BAKU.WS-in məlumatına görə, sosial çarx bundan ibarətdir ki, Anya adlı rus qız sosial şəbəkələrdən birində qeydiyyatdan keçir və oğlanlarla tanış olur. Daha sonra həmin oğlanlarla görüş təyin edilir. Lakin Anya görüşə qapalı geyimdə, hicabda gəlir. Anyanı belə görən oğlanların reaksiyası müxtəlif olur. Həmin sosial […]

Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb. ARB TV xəbər verir ki, hadisə “Şamaxinka” kimi tanınan ərazidə yerləşən avtomobil təmiri sexlərindən birində baş verib. Kamera görüntülərindən məlum olur ki, sexə gələn 2 nəfər yolu öyrənmək bəhanəsiylə ustanı sexdən uzaqlaşdırıb. Digər şəxs sexə daxil olaraq telefonu oğurlayıb. Zərərçəkmişlər bununla bağlı polisə məlumat verib. Oğurluğu törədən […]

Tərtərdə evli kişi başqa qadını qaçırıb. BAKU.WS “Xezerxeber.az”a istinadən məlumatına görə, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini, 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl sevdiyi oğlan, həmkəndlisi Vahid Qasımlı ilə ailə qurub. Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl […]

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldiyi gündən etibarən “Tvitter” üzərindən media nümayəndələrinə və siyasətini bəyənmədiyi ölkə liderlərinə söz atmaqla gündəmə gəlib. Bu dəfə isə “Twitter”-dən yox canlı-canlı ən yaxın adamına sataşıb. Publika.az xəbər verir ki, jurnalistləri gözümçıxdıya salan Tramp bu dəfə qatıldığı cinsi azlıqlar haqqında toplantıda çıxış edərkən ABŞ-ın vitse-prezidenti Mayk Pensə söz atıb: “Cinsi […]

Berlin məhkəməsi nasistlərin digər xalqlar üzərində gerçəkləşdirdikləri kütləvi qırğınları dəstəklədiyi üçün 88 yaşlı qadına hökm oxuyub. Publika.az xəbər verir ki, 88 yaşlı Ursula Xaverbek 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə onu həmin soyqrımlarda təqsirli bilib. Almaniyanın qanunvericiliyinə əsasən, Xeverbek nasistlərin irqi nifrət rəmzi olan soyadlarından hesab edilir. Xaverbek artıq bir neçə dəfə həbs olunub. Dəfələrlə […]

Futbol üzrə Çempionlar Liqasında III tura start verilib. “Report”un məlumatına görə, ilk oyun günündə 4 qrupda oynanılmış 8 qarşılaşma kifayət qədər məhsuldar alınıb. E qrupunda hamıdan çox – 13 qol vurulub. “Spartak” Rusiyada İspaniya “Sevilya”sını, İngiltərə “Liverpul”u Sloveniyada “Maribor”u darmadağın edib. Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” ardıcıl 3-cü qələbəsini səfərdə Fransa “Monako”su üzərində qazanıb – 2:1. […]

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və […]

Türkiyədə 6 kitab müəllifi olan yazar intihar edib. Musavat.com-un məlumatına görə, hadisə Kocaeli əyalətinin Gebze rayonunda baş verib. Yazar Ayşə Altandan xəbər ala bilməyən dostları polisə müraciət ediblər. Ayşə Altanın yaşadığı ünvana gələn polislər qapını heç kimin açmadığını görəndə, çilingər çağırıblar. Qapı açıldıqdan sonra evə girən polislər hamam otağında qadının asılmış cəsədi ilə qarşılaşıblar. Meyit […]

Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub. Musavat.com “Xəzər TV”yə istinadən xəbər verir ki, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub. 25 yaşlı qadınının bu […]

“iPhone 8” mobil telefonu gözlənilən satış rekordunu qıra bilməyib. Trend-in məlumatına görə, “Apple” şirkətinin sentyabrın 12-də təqdimatını keçirdiyi “iPhone 8” və “iPhone 8 Plus” yeni modelləri artıq bir çox ölkələrdə satışa çıxarılıb. Lakin bundan əvvəlki “iPhone 7” modeli iPhone 8-dən daha çox satılır. Bunun səbəblərindən biri kimi noyabrda təqdimatı gözlənilən “iPhone X” modelinə görə iPhone […]

Son günlər odlu silahla törədilən cinayətlərin artdığı Ermənistanda daha bir səs-küylü qətl törədilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bir az əvvəl erməni diasporunun aparıcı nümayəndələrindən biri, “Aparan” şirkətinin baş direktoru, 54 yaşlı Andranik Nikosyan öz kabinetində güllələnib. Ona tapançadan bir neçə dəfə atəş açılıb. Qətlin motivi hələ bəlli deyil. Qatil isə saxlanılıb, hazırda […]

Tərtərdə ailəli oğlan başqa qızı qaçırıb. Xezerxeber.az-ın məlumatına görə, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla-Vahid Qasımlı ilə ailə qurub. Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir […]

Bu gün “BakuPost.az” saytının fəaliyyətə başlamasından bir il ötür. BakıPost saytı 17 oktyabr 2016-cı ildən fəaliyyət göstərir. Saytın əsas missiyası dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaqdır. Demokratiyanın, azad və inkişaf etmiş cəmiyyətlər üçün əsas şərtlərdən biri insanların yaxşı məlumatlandırılmasıdır. Buna görə də Bakı Post oxucularını obyektiv informasiya ilə operativ şəkildə təmin etməyi hədəf götürüb. Medianews.az […]