Загрузка...

Oktyabrın 14-də ermənilər İrəvan şəhərinin 2799 yaşını qeyd etdilər. Ağdamın dağıdılmış xarabalıqları altında “Tiqranakert” adlı “qədim erməni şəhəri”nin qalıqlarını “tapdıqlarını” iddia edəcək qədər saxta və həyasız olan erməni ideoloqlarının qədim Azərbaycan şəhərində atəşfəşanlıq keçirməsində qeyri-adi bir şey yoxdur.

Bunlarda azca normal yanaşma olsaydı, deyərdilər İrəvan lap 2799 yaşı olsa da, bunun ancaq 99 ilinin bizə aidiyyatı var, o da Azərbaycandan zorla qoparılmasına görə. Ancaq kimdir deyən?

İrəvanda bayram edənlərin beyinlərini yuyublar. Onlar bilmir ki, Ermənistan adlı dövlət Azərbaycan ərazisində yaradılanda cəmi 10 min kv.km ərazisi var idi. (Azərbaycan ərazisi 100 min kv.km idi) Sovetlərin işğalından sonra bu qondarma dövlətin ərazisi 29 min kv.km-ə çatdırıldı. Yenə də bizim torpaqların hesabına. Onda Qarabağı ala bilmədilər, sovetlər dağılanda nail oldular, müvəqqəti də olsa…

Ermənilər İrəvan xanının yurdunda toy-bayram keçirməyində olsun, biz də ürəyi nisgilli bu şəhərin 1918-ci ilin mayında ermənilərə verilməsini bir daha xatırlayaq. O vaxt İrəvan və ətraf ərazilər ona görə güzəşt edildi ki, ermənilər digər torpaqlara iddiadan əl çəksin. Nəticə ortadadır… Rəvanqulu xanın tikdirdiyi İrəvan qalasına da, Təpəbaşı, Dəmir bulaq, Toxmaq, Sabunçu, Yoncalıq, Börkçülər, Zal meydanı kimi adlara da iddia edirlər bu zatı qırıqlar.

Tarix boyu Ermənistanın arxasında dayanan Rusiya dövlətinin hazırkı prezidenti Vladimir Putin son çıxışında beynəlxalq hüquq sisteminin eroziyaya uğradığını deyib. Razılaşmamaq olmur. Amma beynəlxalq hüququn eroziyaya uğraması bu günün məsələsi deyil ki…Azərbaycan bunu öz taleyində daim hiss edib. Ərazisində bir erməni dövləti yaradılıb, indi çalışırlar ki, ikincisi də yaradılsın. Cəmi 80-100 min erməniyə! Özü də bu projeyə dəstək verənlər iri dövlətlərin paytaxtlarında oturublar, belə olan təqdirdə nə beynəlxalq hüquq?

İşğalçı ölkəyə sanksiya tətbiq edərlər, onun qarşısına zəbt etdiyi əraziləri geri qaytarmaq üçün vaxt qoyarlar, əməl etməyəndə başına bomba yağdırarlar… Amma beynəlxalq hüquq sisteminin eroziyasından gileylənən prezidentin ölkəsi işğalçı Ermənistana daha 100 milyonluq kredit ayırdı! Beynəlxalq hüquq olsa, terror, işğalı dəstəkləyənlərə, onu maliyyələşdirənlərə qarşı cəza mexanizmi işə düşər. Ancaq Qarabağa görə kimdir Rusiyanı cəzalandıran? Ədalətdən danışan Fransa Ermənistana “bacı” deyir, ABŞ erməni ordusuna ən müasir avadanlıqlar göndərir, maliyyə yardımı ayırır. Hətta amerikalı həkimlər yığışıb gəliblər ki, Qarabağda erməni arvadlarını doğuzdursunlar, separatçıların sayı çoxalsın.

Rusiyanın həmsədr ölkə olaraq işğalçıya dəstək verməsi heç cür qəbulolunan deyil. Azərbaycana da silah satdıqlarını deyib özlərini sığortalamaq istəyirlər. Əslində bu ticarət Azərbaycandan çox, Rusiyaya lazımdır. Nə çox silah bazarı, özü də müasirindən…Hətta Kreml silah alsın deyə, vaxtaşırı Azərbaycana təzyiq edir. Çünki Azərbaycan silahı pulsuz almır, Rusiya büdcəsi böyük pullar qazanır.

Ermənistan isə… 1 milyard dollarlıq silah-sursat, həbi texnikanın Ermənistana göndərilməsi yadınızdadırmı? Sonrakı dönəmlərdə Gürcüstandakı hərbi arsenal Ermənistana daşındı. 2015-ci ildə Moskva işğalçı ölkəyə 200 milyon kredit ayırdı. 2016-cı ildə məlum oldu ki, vasitəçi ölkə işğalçıya “İsgəndər-M” hədiyyə edib. Bu il də daha 100 milyon kredit. Özü də hərbi xərclər üçün…

Əslində kredit söhbəti bəhanədir, Ermənistanın pulu olsa, əsgərlərinə qarnıdolusu yemək verər. Sadəcə Rusiya hay-küy doğurmasın deyə, kredit müqavilələri imzalayır.

Guya ki, Ermənistan bu vəsaitlə Smerç reaktiv sistemləri, İqla-S zenit raket kompleksləri, Avtobaza-M radiotexniki kəşfiyyat kompleksləri, Solnsepyok ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Haradan? Rusiyadan. Yəni Ermənistanı silahlandırmağın “modern” yoludur.

Keçən ilin aprel döyüşlərində Ermənistan 14 tank itirdiyini bəyan etmişdi. Üç həftə sonra Rusiya ermənilərə 1 ədəd T-90S tankını yolladı. İddia elədilər ki, bu tank Moskva ətrafındakı “Alabino” poliqonunda keçirilən “Tank biatlonu-2014″ beynəlxalq turnirində ermənilərin qazandığı hədiyyədir. Beləcə, Rusiyanın hədiyyələri davam edir. Havasına nəzarət edir, quru sərhədlərini qoruyur, Naxçıvanla sərhəddə rus-erməni birgə ordusunu yaradıb. Özü də hər dəfə Ermənistanda anti-Rusiya çağırışları səslənəndə hərbi ”pay” göndərirlər. Beynəlxalq ədalət budurmu, cənab Putin?