Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyəti Suriyanın müharibə sonrası yenidən qurulması məsələsini dəyərləndirməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bölgə ölkələrinin də bu məsələdə fəal rol oynaması lazım olduğunu deyib.
V.Putin Rusiya, Türkiyə və İranın atdıqları addımlar nəticəsində Suriyanın dağılmaqdan xilas olduğunu, dövlətçilik strukturunun qorunub saxlandığını xatırladıb.
O bildirib ki, indən belə bölgə ölkələri Suriyanın terrorla mübarizə məsələsində və dövlət olaraq yenidən qurulması işində əllərindən gələni əsirgəməməlidirlər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.