“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli yenə də fotosu ilə diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, müğənni cazibədar şəklini İnstaqram səhifəsində paylaşıb.
Səmra şəklə “Bütün dünya tərsinə dönəndə… Mən doğru yolda addımlayanda” sözlərini yazıb. Rəhimli şəklin “Badminton” klipinin çəkilişi zamanı lentə alındığını qeyd edib.
Sənətçinin qalmaqallı şəkli müzakirələrə səbəb olub. Bəziləri onun çox seksual göründüyünü desə də, bir çoxları tənqid edib.