Dizayn-studiyanın rəhbəri Ləman Əsgərova Bakıda Vodka Party təşkil edib.

BAKU.WS-in məlumatına görə, Ləman Əsgərova və party-də iştirak edən digər şəxslər içki dolu gecədən fotoları İnstagram səhifəsində paylaşıblar.

Vodka Party-nin başlamasına bir neçə saat qalmış İnstagram səhifəsində yerləşdirilən elan isə diqqəti daha çox cəlb edir:

“Bir neçə saatdan sonra əyləncəli Vodka Party başlayacaq. Evdəkilərə xəbərdarlıq edin ki, gec saatlarda qayıdacaqsınız, bizi tərk etmək istəməyəcəksiniz. Söz veririk!”

Bu party-nin Məhərrəmlik ayında keçirilməsi isə insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Party-də çəkilən video və fotoları sizə təqdim edirik.