Azərbaycanın yeni energetika naziri təyin olunub.

Medianews.az -ın AzerTAC-a istinadən xəbərinə görə, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. Daha sonra Almaniyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.