Müğənni Afaq Aslan Ukraynada keçirilən gözəllik müsabiqəsinin qalibi olub.

BAKU.WS-in məlumatına görə, müğənni bu barədə İnstagram səhifəsində yazıb.

Onun sözlərinə görə, “Мiss vselennaya 2017” (Kainat gözəli – 2017) müsabiqəsində 23 ölkənin nümayəndəsi iştirak edib.

“Bu qədər gözəllərin içindən finala cəmi 9 iştirakçı çıxdı. Bu müsabiqəyə qatılmaqla çox çətin imtahandan keçdim. Tənqidlərə baxmayaraq heç kimin fikri məni hədəfə gedən yoldan döndərə bilmədi. Bu gün öz hədəfimə çatdım. Dünyaya sübut etdim ki, bəşəriyyətin ən gözəl qadınları Azərbaycan qadınlarıdır və Azərbaycana birincilik gətirdim”, – deyə Afaq Aslan qeyd edib.

Gözəllik müsabiqəsindən videoları təqdim edirik.