Əməkdar artist Murad Dadaşovun aparıcılıq etdiyi “Maşın” realiti-şounun növbəti buraxılışı baş tutub.
Musavat.com xəbər verir ki, ATV-də efirə gedən “Xanımlar və cənablar” sloqanlı şouda səs vermə nəticəsində meyxanaçı Samirə Yusifqızı səsverməyə çıxıb.
O, səs üçün tamaşaçılara müraciət edərkən “Hamı bilir ki, çətin günlər yaşayıram.1 ildən çoxdur maşınım yoxdur. Ona görə də burada qalıb, maşını qazanmaq istəyirəm” deyib. O, şouda qalarsa, hədəfinin Vüqar Əbdülovu yarışmadan kənarlaşdırmaq olduğunu bildirib.
Vüqar isə həmkarının əleyhinə səs istəməyib.
Qeyd edək ki, Arif Quliyev, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Zemfira Adgözəlova, Rauf Əhmədov, meyxanaçı Samirə, Günel Ələkbərova, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarovanın mübarizə apardığı şounun qalibinə 60 min dəyəri olan “Nissan Altima Restyle” avtomobili hədiyyə olunacaq.