Danimarkada keçirilən “Roksilde” festivalı yenə bir çox fərqlilik və gözəlliyi özündə birləşdirib. Festivala qatılanlar arasında Nyu-Yorkda yaşayan norveçli fotoqraf Conna Sprinq də olub. İnsanların kütləvi şəkildə toplanmasından istifadə etmək qərarına gələn Coanna maraqlı layihələrindən birini burada çəkmək qərarına gəlib.
Bir-birini heç tanımayan azad ruhlu insanları bir araya toplayan fotoqraf onlara “öpüşmədən öncə və sonra” layihəsində iştirak etmələrini təklif edir. Layihəni gerçəkləşdirmək üçün cinsiyyət və irqi ayrıseçkilik qoymadan insanların bu mövzu haqqında fikirlərini soruşub. Təəccüblü bir şəkildə, insanlar layihəyə maraqla yanaşıb və könüllü şəkildə iştirak etmək istədiklərini söyləyiblər.
Razılaşan şəxslərin öpüşmədən əvvəl və sonrakı şəkillərini çəkən Coanna “Yeni Birinin Yad Öpüşü” adlı foto layihəsini sosial şəbəkələrdə paylaşaraq çoxsaylı baxış toplayıb.

Publika.az