Gəncədə qətl hadisəsi törədilib.
Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada qeydə alınıb.
Həmin binada olan mənzillərin birində şəhər sakini 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb. Məlumata görə, qadının bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)