Futbol üzrə Argentina yığması Rusiyada keçirilən 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb.

“Report” xəbər verir ki, Cənubi Amerika üzrə təsnifat mərhələsinin 18-ci turu çərçivəsində keçirilən həlledici oyunda argentinalılar səfərdə Ekvador üzərində 3:1 hesablı inamlı qələbə qazanıblar.

Argentinan heyətində Lionel Messi het-triklə yadda qalıb, Ekvadorun yeganə qolunu Romario İbarra vurub.

Argentinalılar 28 xal toplayıblar və seçmə mərhələdə üçüncü yeri tutublar ki, bu da onları DÇ-2018-ə birbaşa çıxarıb. Birinci yeri həlledici matçda Çili üzərində 3:0 hesabı ilə qalib gələn braziliyalılar qərarlaşıb. Sambaçılar bununla həm də Xuan Antonio Pitssinin komandasını mündialdan kərada qoymuş olublar. İkinci yeri 18-ci turda Boliviyanı 4:2 hesabı ilə məğlub edən Uruqvay tutub. Dördüncü isə Peru ilə 1:1 oynayan Kolumbiya olub. Perulular 5-ci pilləni tutmaqla “play-off”da Yeni Zelandiya ilə DÇ-ya çıxmaq uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.

Yekun turnir cədvəli: 1. Braziliya — 41 xal; 2. Uruqvay — 31; 3. Argentina — 28; 4. Kolumbiya — 27; 5. Peru — 26; 6. Çili — 26; 7.

Paraqvay — 24; 8. Ekvador — 20; 9. Boliviya — 14; 10. Venesuela — 12.

DÇ-2018 – Cənubi Amerika. 18-ci tur

Ekvador – Argentina – 1:3

1:0 – İbarra – 1, 1:1 – Messi – 12, 1:2 – Messi – 20, 1:3 – Messi – 62

Braziliya – Çili – 3:0

1:0 – Paulinyo – 55, 2:0 – Jezus – 57, 3:0 – Jezus – 90+3

Uruqvay – Boliviya – 4:2

0:1 – Silva – 24 (avtoqol), 1:1 – Kaseres – 39, 2:1 – Kavani – 42, 3:1 – Suares – 60, 4:1 – Suares – 76, 4:2 – Qodin – 79 (avtoqol)

Peru – Kolumbiya – 1:1

0:1 – Rodriqes – 56, 1:1 – Qerrero – 76

Paraqvay – Venesuela – 0:1

0:1 – Errera – 84

Qırmızı vərəqə: Qomes, 89 – Anhel, 89