Bir neçə gün əvvəl Ukraynada baş vermiş dəhşətli yanğın zamanı vəfat edən İntiqam Abuşov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğlu imiş. Lent.az xəbər verir ki, 39 yaşlı İ.Abuşov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişən 4 nəfərdən biridir.
İ.Abuşov artıq doğulduğu rayonda dəfn edilib.