ABŞ-da yaşayan xristian təriqətlərindən birinin üzvü David Meade sentyabrın 15-də (Bazar günü) dünyanı böyük fəlakət gözlədiyini bildirib.

BAKU.WS-in məlumatına görə, onun bu iddiasına ABŞ mətbuatında geniş yer verilib.

David Meadenin iddiasına görə, qalaktikada varlığı isbatlanmayan X planeti Yer kürəsinə həddən artıq yaxınlaşması nəticəsində planetimizdə böyük fəlakətlər olacaq.

Onun sözlərinə görə, son vaxtlar ABŞ-da ciddi fəsadlara səbəb olan qasırğa və fırtınalar buna işarədir.

Lakin NASA alimləri isə bu iddianı təkzib edib.