Viza ilə bağlı qərarı asanlıqla vermədik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri Con Bass deyib.
“Bu, Türkiyə vətəndaşlarına qarşı viza qadağası deyil. Yeni müraciətlərə baxılmasının bir müddətlik dayandırılmasıdır. Keçərli viza icazəniz varsa, ABŞ-a səfər edə bilərsiniz. Təəssüf ki, belə bir qərar verdik. Bilirik ki, yeni qərar insanları narahat edəcək. Bu proses konsulluq əməkdaşlarının saxlanılmaları ilə bağlıdır və hər iki tərəfin danışıqları hadisələrin sonrakı inkişafını müəyyən edəcək”, – səfir bildirib.