Əməkdar artist Murad Dadaşovun “Maşın” realiti-şousu artıq yeni iştirakçıları ilə başlayıb.
Musavat.com xəbər verir ki, ATV-də efirə gedən “Xanımlar və cənablar” sloqanlı şouda 18 məşhur iştirak edir. Onlardan 9-u qadın, 9-u isə kişidir.
Həmin iştirakçıları təqdim edirik: Arif Quliyev, Nazim Pişvəri, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Vüqar Muradov, Zemfira Adgözəlova, Rauf Əhmədov, meyxanaçı Samirə, Günel Ələkbərova, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarova.
Qeyd edək ki, 18 gün davam edəcək şounun qalibinə 60 min dəyəri olan “Nissan Altima Restyle” avtomobili hədiyyə olunacaq.