Загрузка...

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa başlayıb.

“Report”un məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağıdır.
C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni hələ ötən tur rəsmiləşdirib. Azərbaycan isə 10 xalla 5-ci yerdədir.

Qeyd edək ki, iki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb. Həmin vaxt Azərbaycan yığmasının yeganə qolunu Dmitri Nazarov vurub.

Dünya çempionatı

Seçmə mərhələ, C qrupu

Almaniya – Azərbaycan

Baş hakim: Andris Treymanis
Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov
Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Kayzerslaytern. Fritz Valter stadionu.

***

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab açılıb.

“Report” xəbər verir ki, Almaniya yığmasının oyunçusu Leon Qoretska 8-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb. Almaniya: Azərbaycan – 1:0

Oyunun 34-cü dəqiqəsində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev hesabı bərabərləşdirib: 1:1

Oyunun 53-cü dəqiqəsində Almaniya milli komandası növbəti qolunu vurub. 2:1

64-cü dəqiqədə Bədavi Hüseynov avtoqol vurub. Bununla da Almaniya millisi qol fərqini 2-ə çıxarıb. 3-1

Cəmi 1 dəqiqə sonra, 65-ci dəqiqədə Almaniya növbəti qolunu millimizin qapısından keçirib. 4:1

Oyunun 80-cı dəqiqəsində Əmrəcan 5-ci topu komandamızın qapısından keçirib. 5:1

Oyunda başqa qol vurulmayıb. Beləliklə Almaniya milli komandası Azərbaycan yığmasını böyük hesabla məğlub edib. 5:1