Günəşdə baş verən güclü partlayış bəşəriyyəti məhv edəcəkmi? — Alimdən AÇIQLAMA

Son zamanlar Günəşdə güclü partlayışlar baş verir. Bundan başqa Günəşdə və ətrafında müxtəlif ləkələr görünür. Çoxunun qeyri-adi hal kimi qiymətləndirdiyi təbiət hadisəsini elm necə izah edir? Bu hadisələrin Yerə nə kimi təsiri var?

Suallara cavab tapmaq üçün AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxladıq. Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, əslində baş verən hadisələr elmi baxımdan heç də qeyri-adi hal kimi görünmür. Bunlar uzun illərdən bəri təkrarlanan təbiət hadisələridir.

Günəşin səthində ürək formalı fiqur görünüb. Elm bunu necə izah edir?

Namiq Cəlilov deyir ki, bu hadisə qorxulu deyil və Yerdə insan həyatı üçün heç bir təhlükə törətmir:

“Günəşdə tac dəlikləri var. Qütblərin ətrafında, açıq maqnit konfiqurasiyalarında plazma kütləsi yan ətrafları Yerə tərəf rezin kimi dartır. Dartılan həmin yerlər qara görünür. Bu çox vaxt Günəş qütblərin ətrafında olarkən görünən qara halqalardır. Günəş aktivliyi olmayan vaxtlarda həmin qara halqalar ekvator zonasına sürüşür. Yəni günəşin düz ortasına yönəlir. Bu adi təbiət hadisəsidir. Bunun heç bir təhlükəsi yoxdur”.

Günəşdə maqnit aktivliyin artması hansı halda baş verir?

Ekspertin sözlərinə görə, Günəşdə enerji çoxalan zaman maqnit aktivliyi də artır:

“Günəşin maqnit sahələri müsbət və mənfi nöqtədən differensial fırlanır. Bu zaman boru xətləri burulur, qızır və partlayır. Plazma orada böyük enerji alır ki, maqnit boruları vurub partladır. Bu çox böyük enerji ilə baş verən hadisələrdir. Bu səbəbdən də, bu hadisələrə Günəşdə alışmalar deyilir. Bu hal maqnit halqalarının arasında olur”.
Günəşdə güclü partlayışların baş verməsilə bağlı xəbərlrə yayılır. Bildirilir ki, bu hal Yerdə insanlar üçün böyük problemlərə səbəb ola bilr. Hətta bəziləri bunun dünyanın sonu kimi qiymətləndirir. Əslində nələr baş verir?

Namiq Cəlilov bildirib ki, Günəş partlamaları zamanı Yerdə maqnit qasırğası yaranır:

“Günəşin maqnit aktivliyi var. Bu da hər 11 ildən bir baş verir. Orada maqnit sahəsinin intensivliyi böyük olur. Sonradan yavaş-yavaş zəifləyir, maqnit ləkələrinin sayı azalır. Buna Günəşin maqnit tezliyi deyilir. Bu zaman Günəşdəki maqnit ləkələrin miqdarı, aktivlik, baş verən partlayışlar və mərkəzdən atılan qaynar plazmaların da miqdarı çox olur. Qamma mərkəzində şüalanmanın enerjisi də çoxalır. Bu da Yerə həm şüalanma şəklində təsir edir, həm də Yerdə maqnit qasırğaları əmələ gətirir. Biz də bunu hiss edirik”.

Qeyd edək ki, Günəşdə baş verən partlayışlar elm baxımından 5 səviyyədə ölçülür. Bunlar astronomiyada A, B, C, M и X kimi hesablanır. Hesablamalara görə, A zəif, X isə güclü partlayışdır. İndi baş verən hadisə X partlayış növünə aid edilir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq.

Xatırladaq ki, bir müddət bundan əvvəl Harvard universitetinin astronomiya fakultəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam məlum hadisə ilə bağlı dəhşətli proqnozlar irəli sürmüşdülər. Onların iddialarına görə, bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək. Alimlər kitabxanadakı elektron arxivləri incələdikdən sonra bu fikri səsləndiriblər:

“Biz bildiririk ki, güclü partlayış riski kifayət qədər dəyərləndirilməyib. Bəşəriyyət güclü partlayışların yaranmasına şahid ola bilər. Bu vəziyyət min il ərzində iqtisadi, texnoloji cəhətdən dağıdıcı itkilərə səbəb ola bilər”.

Açıqlamada qeyd edilir ki, günəşin partlayışlarının enerjisi 2*1034-dən 6*1036 erq arası intervalda dəyişir. Bu rəqəmlərin aşağı sərhədi planetin eko sisteminin minimal dağılmasına səbəb ola bilər.

Günəşdə baş verən partlayışlar Yerin ətrafındakl peykləri, planetin elektrik sistemini sıradan çıxara bilər. Onlar ozon təbəqəsini dağıda bilərlər. Bu isə planetin məhvi deməkdir.

Super partlayışlar alimlərin hesablamalarına əsasən 2 min ildən bir baş verir. Sonuncu dəfə 775-ci ildə müşahidə edilib və 750 il sonra təkrarlanması ehtimal edilir.

Загрузка...