Bakıdakı ən yaxşı otellərin günlük –Qiymətləri

“Dünya Səyahət Mükafatları” (“World Travel Awards”) tədbirində Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb. Siyahıda “Excelsior Hotel & Spa Baku”, “Hilton Otel Baku”, “JW Marriott Absheron Baku”, “Fairmont Bakı” ilin ən yaxşı oteli seçilib.

Paytaxtda fəaliyyət göstərən və ilin ən yaxşı oteli seçilən bu otellərdə qiymət neçədən başlayır?

Axar.az sözügedən otellərdə qiymətlərin vəziyyəti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, “Hilton Otel Baku”da 2 nəfərlik 1 otağın gecəsi (səhər yeməyi daxil) 409 manatdır. Eyni şərtlərlə “Excelsior Hotel”də qalmaq üçün isə 201 manatınızdan keçməli olacaqsınız.

“Fairmont Baku” şəhər mənzərəli 2 nəfərlik otağın bir gecəsi 403 manat 80 qəpikdir. Əgər bu oteldə səhər yeməyi də yemək istəsəniz, əlavə 35 manat ödəməlisiniz.

“JW Marriott Absheron Hotel”də qiymətlər oteldəki müştərilərin sayından asılı olaraq dəyişir. 2 nəfərlik 1 otağın (səhər yeməyi daxil) sabaha nəzərdə tutulan qiyməti 468 manat 30 qəpikdir.