Yerevanda atışma olub: xəsarət alan var

Yerevanın cənubunda atışma olub.

“Report”un məlumatına görə, bu barədə News.am xəbər verib. Agentliyin xəbərinə görə, hadisə 8-ci küçədə, Noraqavit rayonunda baş verib. Belə ki, 48 yaşlı kişini qovaraq ona atəş açıblar. Nəticədə o, güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Qeyd edək ki, bu son günlər Ermənistan ərazisində baş verən növbəti silahlı insidentdir.

Загрузка...