Xalq artisti Gülyaz Məmmədova oğlunu evləndirmək niyyətindədir.
Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni bildirib ki, oğlunun qız seçiminə qarışmaq istəmir: “Bəyəndiyi qız olmuş olar. Amma bu barədə heç vaxt mənə danışmır, utanır. İstəyərdim ki, mən bəyəndiyim bir qızla ailə qursun. Amma sevgi elə bir şeydir ki, üstündən xətt çəkmək olmur. Ona görə də istəyirsə, alsın. Qızı gözüyaşlı qoymasın”.